2024.06.24
Dissertasiya şurasının növbəti iclası keçirilib
24 may 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçirilib. AMEA-nın Şəki rayon regional filialının dissertantı Şükürova Zərintac Yusif qızının 2401.01-«Zoologiya» ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Armud saturniyasının biologiyası, ipəkçilikdə istifadəsi məqsədilə kütləvi artırılma metodunun işlənib hazırlanması” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri B.e.d Gülzar Əliheydər qızı Mustafayevadır.
Sonda Şükürova Zərintac Yusif qızının 2401.01-«Zoologiya» ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Armud saturniyasının biologiyası, ipəkçilikdə istifadəsi məqsədilə kütləvi artırılma metodunun işlənib hazırlanması” adlı dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.