2024.06.24
Zoologiya Institutunun elmi katibi əməkdaşları Laçın və Şuşa şəhərlərində ekspedisiyada olmuşdur
Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva tərəfindən 17-19 iyun tarixlərində Laçın və Şuşa şəhərlərində ekspedisiyada olmuş faunaya aid növlər qeydə alınmışdır. Həkəri çayında ixtioloji tədqiqatlar zamanı çay qızılxallısı (Salma fario), Araz xramulyası (Capoeta sevangi) və Kür gümüşcəsi (Alburnun filippi), eyni zamanda reptililərdən üzəri mismarlanmış şəkildə 25-26 yaşlı Aralıq dənizi tısbağası (Testudo graeca), Şuşa, Cıdır düzünün qayalıq ərazisində Qafqaz aqaması (Paralaudakia caucasia) qeydə alınmışdır.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.