НОВОСТИ
501

2024.06.12

“Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans seksiyalar üzrə davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfransın ETN Zoologiya İnstitutunun akt zalında reallaşan 2-ci seksiyada “Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması” və “Bioloji resursların davamlı istifadəsi və idarə edilməsi” istiqamətləri üzrə müxtəlif təşkilatlardan - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, AR ETN Zoologiya və Dendrologiya, Bioresurslar (Naxçıvan)  İnstitutları və WWF Azərbaycan Nümayəndəliyindən daxil olmuş məruzələr dinlənilərək, müzakirələr aparılmışdır. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Konfrans öz işini növbəti seksiya ilə davam etdirəcək.