2024.06.13
“Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans seksiyalar üzrə davam edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfransın ETN Zoologiya İnstitutunun akt zalında reallaşan seksiya iclaslarında maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
1-ci seksiyada “Quru və su ekosistemlərində baş verən dəyişikliklərin bioloji müxtəlifliyə təsiri” istiqaməti üzrə müxtəlif təşkilatlardan - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti İqlim Dəyişmələri Mərkəzindən, KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutundan, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsdən, Türkiyə Firat Universitetindən, Ukrayna V.N.Karazin adına Xarkov Milli Universitetindən, Bakı Dövlət Universitetindən, eyni zamanda AR ETN Bioresurslar İnstitutu (Naxçıvan) və Zoologiya İnstitutundan daxil olmuş məruzələr dinlənilərək, müzakirələr aparılmışdır.
Konfrans öz işini növbəti gündə də seksiyalarla davam etdirəcək.