НОВОСТИ
480

2024.06.10

Zoologiya İnstitutunda doktorant və dissertantların doktorluq (minimum) imtahanları keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda yay imtahan sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların doktorluq (minimum) imtahanları keçirilir.

7 iyun 2024-cü il tarixində 2429.01-Parazitologiya ixtisası üzrə minimum imtahanı keçirilib.

İmtahan komissiyasının sədri, İnstitutun baş direktoru, a.e.ü.f.d.,dosent Ələddin Eyvazov, sədr müavini, b.e.d., dosent Elşad Əhmədov, komissiyanın üzvləri, Təhsil şöbəsinin müdiri, b.ü.f.d., Şəfa Xasayeva, b.e.d., dosent Əli Nəsirov və b.ü.f.d., dosent Fuad Rzayevin iştirakı ilə təşkil olunan imtahanda AR ETN Bioresurslar İnstitutunun (Naxçıvan)  doktorant və dissertantları imtahan veriblər. İddiaçılar imtahan suallarına  şifahi və yazılı olaraq  cavab vermiş, onların cavabları komissiya üzvləri tərəfindən müvafiq ballarla qiymətləndirilmişdir.