2024.06.10
Quru onurğasızları laboratoriyasında doktorluq dissertasiyası işinin ilkin müzakirəsi keçirildi
5 iyun 2024-cü ildə Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, bilogiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qüdrət qızı Kərimovanın “Azərbaycanın torqanadlı (Neuroptera) həşəratlarının (Mantispidae, Ascalaphidae, Myrmeleontidae, Nemopteridae) faunası, sistematikası, ekologiyası və filogenetikası” mövzusunda doktorluq dissertasiyası işinin ilkin müzakirəsi keçirildi. Dissertasiya işinin elmi məsləhətçisi b.e.d., dos. Sneqovaya Natalya Yuriyevnadır.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq İlhamə Qüdrət qızı Kərimovanın “Azərbaycanın torqanadlı (Neuroptera) həşəratlarının (Mantispidae, Ascalaphidae, Myrmeleontidae, Nemopteridae) faunası, sistematikası, ekologiyası və filogenetikası” adlı dissertasiya işinin 2413.01 – “Entomologiya” ixtisasında Biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün növbəti mərhələyə təqdim olunması məqsədəuyğun hesab edildi.