НОВОСТИ
508

2024.05.17

ETN Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

16 may 2024-cü il tarixində ARETN Zoologiya İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının bir il ərzində gördüyü işlərin yoxlanılması məqsədilə attestasiyası keçirilib.

Attestasiyasının kecirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazovun 16 aprel 2024-cü ildə 116 k. №-li nömrəli əmri ilə Attestasiya Komissiyası yaradılmışdır (Sədr: a.e.ü.f.d., dos. Ə.Eyvazov, katib: b.ü.f.d. Ş.Xasayeva, üzvlər: b.e.d., E.Əhmədov, b.e.d., dosent Y.Mahmudova, b..ü.f.d., dos.G.Hüseynzadə, b.ü.f.d.,dos. B.Əhmədov, b.ü.f.d.,dos. S.Süleymanov). 

Doktorant və dissertantlar bir il ərzində  yerinə yetirdikləri işlər haqqında hesabat vermiş və attestasiya komissiyasının üzvlərinin suallarını cavablandırmışlar.

Sonda Attestasiya komissiyasının üzvləri onlara öz təklif və  tövsiyələrini bildiriblər.