НОВОСТИ
1230

2023.10.27

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

27 oktyabr 2023-cü il tarixində  ETN Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu Publik Hüquqi Şəxsin dissertantı Sultanova Yeganə Əliqulu qızının “Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri tibb üzrə elmlər doktoru Akif Əyyub oğlu Salehovdur.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Sultanova Yeganə Əliqulu qızının Azərbaycanın Cənub-Şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu adlı dissertasiya mövzusunun 24.29.01 Parazitologiya ixtisasında Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.