НОВОСТИ
538

2023.05.18

Zoologiya Institutunda uçuşların təhlükəsizliyinin ornitoloji tədqiqi ilə bağlı müzakirələr aparılıb

18 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda Heydər Əliyeva adına Beynəlxalq Hava Limanının direktor müavini Elmir Quluzadə ilə görüş keçirilib. Görüşdə Zoologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov, icraçı direktor biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, biologiya elmləri doktoru Tahir Kərimov, biologiya üzrə fəlsəfə doktorları Təvəkkül İsgəndərov, Hafiz Muxtarov, Sara Əliyeva, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev və BDU-nun doktorantı Firuzə Qədirzadə iştirak edib.
Görüşdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin ornitoloji tədqiqi ilə bağlı müzakirələr aparılıb və bir sıra təkliflər irəli sürülüb.