НОВОСТИ
569

2023.05.12

Zoologiya İnstitutunda rusiyalı alimlərlə görüş keçirilib

12 may 2023-cü il tarixində, ETN Zoologiya İnstitutunda Altay Dövlət Universitetinin (Barnaul, RF) Ekologiya, biokimya, biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru R.V.Yakovlev və Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun (Sankt-Peterburq, RF) böyük elmi işçisi, biologiya elmlər namizədi N.A. Şapoval ilə görüş keçirilib.
İnstitutun baş direktoru v.i.e, a.e.ü.f.d. Ələddin Eyvazov, Protozoologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İ. X. Ələkbərov, Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, b.e.d. N.Y. Sneqovaya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri v.i.e., b.ü.f.d. E.N. Tahirovanın iştirakı ilə keçirilən görüşdə birgə məqalələrin dərci, Web of Science və Scopus bazasında indeksləşən jurnallarda nəşr fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, rusiyalı alimlər Zoologiya institutunun əməkdaşları ilə birgə tədqiqatlar aparmaq üçün 12.05.-23.05.2023-cü il tarixlərində Azərbaycanın müxtəlif bölgələrində elmi ezamiyyədə olacaqlar.