НОВОСТИ
430

2023.03.21

Bu gün Beynəlxalq Meşələr Günüdür

BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib. Bu gün bütün meşə növlərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.


Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə, yoxsulluğun aradan qaldırılmasında və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında mühüm rol oynayır.

2023-cü ildə Beynəlxalq Meşələr Günü bütün dünyada "Meşələr və sağlamlıq" devizi altında qeyd olunur. Meşələr sağlamlığımız üçün suyu və havanı təmizləyir, iqlim dəyişikliyi ilə mübarizədə karbon tutucu funksiyanı yerinə yetirir, rifahımızı yaxşılaşdırır.

Bu qiymətli təbii sərvətləri qorumaq bizim üzərimizdədir.