НОВОСТИ
427

2023.03.22

22 mart - Dünya Su Günüdür

Dünya Su Günü və ya Dünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.

Bu il BMT-nin diqqət mərkəzindəki məsələ su və kanalizasiya böhranını həll etmək üçün dəyişikliklərin sürətləndirilməsidir. Qlobal kampaniya insanları sudan istifadə, istehlak və idarə etmə üsullarını dəyişdirmək üçün öz həyatlarında hərəkətə keçməyə təşviq edir.