НОВОСТИ
902

2023.03.16

“Şirvan” milli parkında elmi tədqiqatların aparılmasına dair görüş təşkil edilib

Martın 15-də, “Şirvan” milli parkında “Qərbi Kaspi” universiteti nəzdində fəaliyyət göstərən “Xəzər Problemləri” Elmi Tədqiqat Mərkəzinin direktoru b.ü.f.d., dos. Mahmud Hümbətovun təşəbbüsü ilə, milli parkın ərazisində və Azərbaycanın Xəzər akvatoryasında gələcəkdə kompleks elmi tədqiqatların aparılmasına dair görüş təşkil edilib. Nəzərdə tutulan kompleks elmi tədqiqatlar “Xəzər Problemləri” ETM ilə bağlanmış Memoranduma əsasən Mərkəzin “Şirvan” MP – da yerləşən Elmi-Təcrübi Bazasında yerinə yetiriləcəkdir. Görüşdə AR ETN Zoologiya, Coğrafiya və Mikrobiologiya institutlarının, AR MSN Milli Aerokosmik Agentliyinin Ekologiya institutunun alimləri iştirak ediblər. Alimlər Elmi-Təcrübi Bazanın şəraiti və imkanları ilə tanış olmuş, gələcək birgə tədqiqatların maddi-texniki təchizatı, istiqamətləri, planları barədə fikir mübadiləsi etmiş və müzakirələr aparmışlar.
Görüşdə AR ETN Zoologiya institutunun alimləri - “Quru Onurğalıları” laboratoriysının müdüri v.i.e, b.ü.f.d., dos. Təvəkkül İsgəndərov, həmin laboratoriyanın aprıcı elmi işçisi b.e.d., dos. Tahir Kərimov, “Quru onurğasızları” laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. İlhamə Kərimova və “Protozoologiya” laboratoriysının böyük elmi işçisi b.ü.f.d. Türkan Qurbanova iştirak ediblər.