НОВОСТИ
655

2023.03.02

Zoologiya İnstitutunda tələbələr elmi-tədqiqat təcrübəsi keçirlər

BDU-nun Zoologiya və Fiziologiya kafedrasının II kurs magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər. Təcrübə müddəti 16 fevral-16 mart tarixlərini əhatə edəcək. Magistrantlar ixtisaslarına müvafiq olaraq müxtəlif laboratoriyalarda nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlar Hidrobiologiya, Tətbiqi Zoologiya, Quru onurğalıları və Quru onurğasızları laboratoriyalarının əməkdaşlarının rəhbərliyi altında elmi-tədqiqat təcrübələri aparırlar.