НОВОСТИ
900

2023.01.26

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib.

Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz növbəsində birgə əməkdaşlığın təşkili, kommunikasiyanın müxtəlif alətlər vasitəsilə qurulması, elmlə bağlı vizual keyfiyyətin artırılması, bu sahədə görülən işlərin daha geniş şəkildə işıqlandırılması, institutlarla ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulması məsələlərinə toxunub.

Görüşdə institutların müvafiq əməkdaşları çıxış edərək fəaliyyət istiqamətləri, internet resursları və gördükləri işlər barədə məlumat veriblər.

Sonda iştirakçılarla müzakirələr aparılıb. Müzakirələrdə görülən işlərin cəmiyyətə düzgün çatdırılması, vahid şəbəkələşmə mühitinin yaradılması, bacarıqların təkmilləşdirilməsi yönündə təlim, seminarların vacibliyi, eləcə də digər məsələlərə toxunulub.

edu.gov.az