НОВОСТИ
633

2022.12.29

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə işçi qruplarının növbəti toplantısı keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, b.ü.f.d. Vüqar Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, b.e.d., prof. Səyyarə İbadullayeva və şöbə müdiri b.e.d. Aydın Əsgərov, ETN Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d. Ələddin Eyvazov və icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin direktoru Nazim İsmayılov, agentliyin aparıcı mütəxəssisi Cəmilə Ağayeva, eləcə də kitabın nəşrə hazırlanması və dizaynı ilə məşğul olan digər əməkdaşlar iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova Botanika və Zoologiya işçi qrupları tərəfindən oçerklərin hazırlandığını, yalnız xırda texniki məsələlərin razılaşdırılmasına və bəzi növlərin daha keyfiyyətli şəkillərinin əldə edilməsinə hələ də ehtiyac olduğunu bildirib. B.ü.f.d. Vüqar Kərimov məsələlərlə bağlı mövqeyini ifadə edib, kitabın yüksək keyfiyyətlə nəşr olunması üçün bütün imkanların səfərbər olunduğuna diqqət çəkib.

İclasda bütün mübahisəli məsələlər üzrə ümumi razılıq əldə olunub, son tamamlama işləri üçün görüşləri davam etdirməklə bağlı qərar qəbul edilib.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova işçi qruplarına tövsiyə və tapşırıqlarını verib.

 www.science.gov.az