НОВОСТИ
597

2022.12.19

Zoologiya İnstitutunda Entomologiya ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib

AMEA prezidentinin 24 oktyabr 2022-ci il tarixli 551 nömrəli Sərəncamına əsasən, institutun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent  Ələddin  Eyvazovun  müvafiq  əmri ilə  doktorluq imtahanı keçirmək məqsədilə institutda imtahan komissiyası (Sədr: a.e.ü.f.d.,dos. Ə.Q.Eyvazov, Komissiyanın üzvləri: b.e.d.,dos. E.İ.Əhmədov, b.e.d.,dos. G.Ə.Mustafayeva, b.e.d., dos.N.Y.Sneqovaya, b.ü.f.d., G.İ.Nadirova ) yaradılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Zoologiya İnstitutunda 19 dekabr 2022-ci il tarixində “ Entomologiya -2413.01” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib. İmtahanda Zoologiya İnstitutunun sabiq dissertantı Gülnaz İsmayılova iştirak edib. Namizədin nəticəsi imtahan bitdikdən sonra imtahan komissiyası tərəfindən elan edilib.