НОВОСТИ
601

2022.11.11

Elmi şurada cari ilin son hesabatları dinlənilib

11 noyabr 2022-ci il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Quru onurğasızları laboratoriyasının, Təhsil, Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbələrinin və Gənc alim və mütəxəssislər şurasının illik hesabatları dinlənilib. Quru onurğasızları laboratoriyasının müdiri b.e.d. Gülzar Mustafayeva cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı və kadr hazırlığı haqqında ətraflı məruzə edib. Təhsil, Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbələrinin və Gənc alim və mütəxəssislər şurasının müdirləri şöbələrin cari ildə gördükləri işlər barədə geniş məlumat verdikdən sonra sosial sferadakı fəaliyyəti də vurğulayıb.

Hesabatlar haqqında çıxış edən institutun icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, biologiya üzrə fəlsəfə doktorları Təvəkkül İsgəndərov və Adil Əliyev laboratoriya və şöbələrin fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.