НОВОСТИ
960

2022.11.04

Zoologiya İnstitutunda “Açıq qapı” günü keçiriib

ARETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə 3-4 noyabr tarixlərində "Şuşa ili" münasibətilə “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü münasibətilə gün ərzində muzeyi Bakının, eləcə də paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri ziyarət ediblər. Ziyarətçilər muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər ilə yaxından tanış olub və onlara muzeyin bələdçiləri tərəfindən onların ekoloji xüsusiyyətləri ilə bağlı məlumatlar verilib.