НОВОСТИ
755

2022.10.17

“Qırmızı Kitab”ın III nəşrinin hazırlanması üzrə təlimə start verilib

17 oktyabr 2022-ci il tarixində  Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşrinə salınacaq növlərin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı siyahısının  kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlimlərə başlanılmışdır.

Təlim IUCN-nin komissiya üzvü, ekoloq PhD Andrew Rodrigues tərəfindən aparılır. Təlimdə “Qırmızı Kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Botanika İnstitutları) işçi qruplarının üzvləri iştirak edir.

Qeyd edək ki, təlimin 17-19 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.