НОВОСТИ
700

2022.10.13

Zoologiya İnstitutunun əməkdaşları Kolumbiya Respublikasının səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru Onurğasızlar laboratoriyasının böyük elmi işçisi Səkinə Hacıyeva və Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçiləri Səliqə Qazi və Rəfiqə Qazi, Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş “Yaşasın Kəpənəklər” adlı tədbirdə iştirak ediblər. Tədbir Nizami Kino Mərkəzində iki hissədən ibarət olaraq təşkil olunmuşdur. Birinci hissədə, Kolumbiya Respublikasının faunasındakı kəpənəklərə və digər həşəratlara aid sənədli film təqdim olunmuş, ikinci hissədə isə kəpənəklərə aid rəsm sərgisi nümayiş etdirilmişdir.