НОВОСТИ
814

2022.09.28

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

Zoologiya İnstitutunun Tətbiqi Zoologiya mərkəzinin doktorantı Günay Zahid qızı İsgəndərovanın “Temperaturun və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop.) biologiyasına təsiri” mövzusu üzrə 2413.01 - “Entomologiya” ixtisasında fəlsəfə doktorluğu dissertasiya işinin Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən elmi seminarda müzakirəsi keçirilib. Tədqiqat işinin elmi rəhbəri Tətbiqi Zoologiya mərkəzinin rəhbəri, b.e.ü.f.d., dos. Barat Əhmədovdur.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun “Quru onurğasızları labaratoriyasının müdiri, b.e.d., dos Gülzar Müstafayeva çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., dos. İradə Ağaverdi qızı Nuriyeva elmi seminarın rəyini oxuyaraq seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarın sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Günay İsgəndərovanın “Temperaturun və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop.) biologiyasına təsiri ” mövzusunun 2413.01 - “Entomologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.