НОВОСТИ
872

2022.08.17

Zoologiya Institutunun əməkdaşları ekspedisiyada olublar.

AMEA Zoologiya institutu, Quru onurğasızları laboratoriyasının əməkdaşları, biologiya elmləri doktoru, baş elmi işçi, dosent Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktorları, aparıcı elmi işçilər, dosent Gülər Hüseynzadə, dosent Ellada Hüseynova və dosent İlhamə Kərimova Naxçıvan MR, Kür-Araz ovalığı, Şəki, Zaqatala, Balakən, Siyəzən, Şabran, Abşeron yarımadası, Qobustan, Xızı, Altıağac rayonlarında ekspedisiyada olmuşlar. Ekspedisiya müddətində əsasən Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş həşərat növlərinin monitorinqi həyata keçirilmişdir.

Ekspedisiya müddətində Alp rozaliyası, döşüdişli uzunbığ, qəşəng böcək, fərat çapağanı, qırmızı nöqtəli ayıca barəsində yeni ekoloji məlumatlar əldə edilmişdir.