НОВОСТИ
1004

2022.06.10

Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Ələddin Eyvazovun Elm qəzetində məqaləsi dərc olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayında (№ 21 (1331)) AMEA Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazovun AMEA-nın müxbir üzvü İlham Ələkbərovla birgə "Görkəmli ixtioloq" adlı məqaləsi dərc edilib. Məqalə Azərbaycanda ixtiologiyanın banisi hesab olunan A.N.Derjavinin tələbəsi və davamçısı olan, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü Yusif Ələkpər oğlu Əbdürrəhmənovun həyat və yaradıcılığından bəhs edir. 

Məqaləni oxumaq üçün bu linkə klikləyin