НОВОСТИ
889

2022.05.26

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

26 may 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

İclasın əvvəlində uzun illər səmərəli elmi fəaliyyətlərinə görə mərhum b.e.d., dosent Qiyas Quliyev 75 illik yubileyi, Parazitologiya laboratoriyasının baş elmi işçisi b.e.d., dosent Əli Nəsirov isə 70 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. Bundan başqa, Ə.Eyvazov Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında da söhbət açaraq, Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırıldı.

İclasda həmçinin institutun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva b.e.d., dosent Elşad Əhmədovun “Ev toyuqlarının eimeriozuna (Eimeria tenella) qarşı kimyəvi preparatlarla birgə dərman bitkilərinin  tətbiqi zamanı orqanizmdə baş verən biokimyəvi və fizioloji dəyişikliklər” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Gülbəniz Nadirova 2022-ci ildə doktoranturaya və dissertanturaya qəbulun vəziyyəti haqqında məruzə ediblər.

Tədbirin sonunda müxtəlif məsələlər ətrafında müzakirə aparılıb və müvafiq təkliflər verilib.