НОВОСТИ
799

2022.05.25

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi Reyhan Şöhlət qızı İbrahimovanın Azərbaycanda  əhli  itkimilər (Canidae) və pişikkimilərin (Felidae)  başlica  helmintoz  törədiciləri, parazitar ocaqlıqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” adlı biologiya elm sahəsi üzrə elmlər doktorluğu dissertasiya işi, Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirə olunub. Dissertasiya işinin elmi rəhbəri AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri, biologiya elmlər doktoru, dosent Qara Fətəliyevdir.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, b.e.d. Nəsirov Əli, çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra elmi seminarın rəyi oxunaraq seminar iştirakçılarının diqqətinə çatdırılıb. Seminarın sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Reyhan Şöhlət qızı İbrahimovanın Azərbaycanda  əhli  itkimilər (Canidae) və pişikkimilərin (Felidae)  başlica  helmintoz  törədiciləri, parazitar ocaqlıqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunun 2429.01 – “Parazitologiya” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.