НОВОСТИ
940

2022.05.06

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

6 may 2022-ci il tarixində, AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında institutun Quru onurğasızları laboratoriyasının kiçik elmi işçisi Kəmalə Bəhlul qızı İsayevanın 2413.01 – Entomologiya ixtisası üzrə "Böyük Qafqazın cənub yamaclarında meşə və meyvə ağaclarına zərərverən qabıqyeyən böcəklər və onların entomofaqları” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqat işinin elmi rəhbəri b.e.d Nailə Mirzəyeva, rəsmi opponentləri isə b.e.d, prof., Rauf Sultanov, b.e.d, dosent Kazım Hüseynov və b.e.ü.f.d, dosent Barat Əhmədovdur.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. Məruzəçi bildirib ki, tədqiqt işində ilk dəfə olaraq Böyük Qafqazın cənub yamaclarında meşə və meyvə ağaclarına zərərverən qabıqyeyən böcəklərin və onların entomofaqlarının növ tərkibi ətraflı tədqiq edilmiş, onların tədqiqat ərazisi üzrə yayılması, ağacların onlara yoluxma dərəcəsi haqqında məlumatlar, geniş yayılmış (dominant) növlərin bioekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və entomofaqları öyrənilmişdir.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.