НОВОСТИ
1098

2022.05.05

Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib

5 may 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdu seleksiyası şöbəsinin elmi işçisi Zərintac Şükürova «Saturnia pyri  ipəkqurdunun baramasının tədqiqi » mövzusunda məruzəsi ilə çıxış edib.

Məruzəçi, 2019-2021-ci illərdə AMEA-nın Şəki REM Tut ipəkqurdu seleksiyası şöbəsinin laboratoriyasında aparılan tədqiqat işinin nəticəsində Azərbaycanın şimal-qərb regionunun dağ-meşə massivindən ilkin olaraq kəpənəkləri toplanılan Böyük gecə tovuzgözlüsü və ya Armud saturniyası (Saturnia pyri Denis & Schiffermuller, 1775)  ipəkqurdundan ipəkçilikdə istifadəsi məqsədilə qapalı şəraitdə kütləvi artırılması və baramasının alınmasının mümkünlüyündən bəhs edib. Z. Şükürova əlavə olaraq vurğulayıb ki, Azərbaycanda zəngin meşələrin, geniş yaşıl ərazilərinin olması və əlverişli şərait Saturniidae fəsiləsinə aid yerli vəhşi ipəkqurduları növlərinin təbiətdən gətirilərək, nəzarətli şəkildə yetişdirilməsi üçün böyük imkanlar yaradır. 

Sonda isə məruzəçi, son nəticədə əldə edilən baramanın hesablanmış ipəklilik faizi və ipək fibroini, asnoloji məqsəd üçün istifadə olunan ipəkqurdlarının ipəyi ilə rəqabət qabiliyyətinin olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.