НОВОСТИ
929

2022.04.22

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

22 aprel 2022-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktor vəzifəsini icra edən, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

İclasın əvvəlində Ələddin Eyvazov Parazitologiya laboratoriyasının baş elmi işçisi b.e.d., dosent Yeganə Mahmudovanın 60 illik və Quru onurğasızları laboratoriyasının baş elmi işçisi b.e.d., dosent Natalya Sneqovayanın 50 illik yubileyləri münasibətilə alimləri təbrik edərək, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. Alimlərə uzun illər səmərəli elmi fəaliyyətlərinə görə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və institutun Fəxri fərmanları təqdim edilib.

Sonra icraçı direktor, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov doktorant və dissertantların attestasiyalarının nəticələri və məqalələrin çapa təqdim edilməsi barədə məruzə ilə çıxış edib.

Sonda isə Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Nadirova cari ildə doktorantura və dissertanturaya qəbul planı haqqında məlumatları şura üzvlərinin diqqətinə çatdırıb. Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.