НОВОСТИ
971

2022.04.20

Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

19 aprel 2022-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda doktorant və dissertantların növbəti il üçün attestasiyası keçirilib. AMEA Zoologiya İnstitutunun 2022-ci il üçün iş planına uyğun olaraq fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası aprel, may, noyabr aylarında keçirilməsi nəzərdə tutulmuşdur.

Doktorant və dissertantların attestasiyasının kecirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun 18 mart 2022-ci il tarixli 111k nömrəli əmri ilə Attestasiya Komissiyası yaradılmışdır (Sədr: b.e.d.,dos. E.Əhmədov, katib: b.ü.f.d. G.Nadirova, üzvlər: b.e.d., dos.Q.Fətəliyev, b.e.d.,dos.N.Sneqovaya, b.ü.f.d.,dos. B.Əhmədov). 

Müxtəlif istiqamətlər üzrə mövzulara dair iştirak edən doktorant və dissertantlar tədqiqat ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və ekspedisiyalarda iştiraklar, çap olunmuş məqalələr haqqında  ətraflı  məlumatlar  vermiş, sualları cavablandırmışlar.

Sonda attestasiya komissiyasının üzvləri doktorant və dissertantlara öz təklif və  tövsiyələrini bildiriblər.