НОВОСТИ
973

2022.04.19

“Zooloji Muzeyin Eksponatlarının Kataloqu” nəşr olunub

AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin yeni kataloqu çapdan çıxıb. “Zooloji Muzeyin Eksponatlarının Kataloqu” adlı nəşrin müəllifləri a.e.ü.f.d. Ələddin Eyvazov, b.ü.f.d. Səbinə Bünyatova, elmi redaktorları isə b.e.d. Elşad Əhmədov və b.ü.f.d. Barat Əhmədovdur.
Kataloq, Zooloji Muzeydə sərgilənən Ekspozisiya fondunda Azərbaycan faunasına aid olan onurğalı heyvanların eksponatlarının siyahısını, sayını, toplanma yerini, toplandığı tarixi və foto şəkillərini əhatə edir.
Qeyd edək ki, nəşr zooloqlar, mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.