НОВОСТИ
1047

2022.04.15

“Azərbaycan faunasının taksonomik spektri (İbtidailər və helmintlər)” adlı kitab işıq üzü görüb

Zoologiya İnstitutunda aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın heyvanlar aləmində sərbəstyaşayan və parazit ibtidailərin, insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən helmintlərin, hidrofaunaya daxil olan onurğalı və onurğasız heyvanların, həşəratların, hörümçəkkimilərin, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməli heyvanların növ tərkibi öyrənilmiş və indi də öyrənilməkdədir. 2020-ci ildə çap olunan “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı kitabda faunamızda mövcud olan onurğalı heyvanlar haqqında məlumat verilir. Bu seriyadan çap olunan və oxuculara təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (İbtidailər və helmintlər)” adlı kitabda isə Azərbaycan faunasında mövcud olan sərbəstyaşayan və parazit ibtidailər, helmintlərin növ tərkibi haqqında məlumat verilir.

Çap olunan kitab mütəxəssislər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.