НОВОСТИ
299

2022.04.06

Zooloji Muzeyin əməkdaşları tərəfindən entomoloji kolleksiyasının inventarlaşdırılması və sistemləşdirilməsi həyata keçirilir

AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinin əməkdaşları - böyük laborantlar Səbinə Abdullayeva, Zeynəb Məmmədova və Xatirə Qəhrəmanlı, rəssam-taksodermist Könül Yunusova tərəfindən Quru onurğasızları laboratoriyasında saxlanılan entomoloji kolleksiya  materiallarının inventarizasiyası və sistemləşdirilməsi həyata keçirilir. İlin əvvəlindən Qızılböcəklər fəsiləsinə (Buprestidal) aid 2792 ədəd, Uzunbığlar (Cerambycidae) fəsiləsinə aid 1100 ədəd nümunə invertarlaşdırılaraq, kolleksiya fonduna daxil edilib. Həmçinin, kolleksiya fondunun elektron kataloqu hazırlanıb.

Hal-hazırda digər materiallar üzərində işlər davam etdirilir.