НОВОСТИ
1005

2022.03.01

AMEA Zoologiya İnstitutunda 1 mart “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib

1 mart 2022-ci il tarixdə AMEA Zoologiya İnstitutunda “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev ilk öncə tədbir iştirakçılarını 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti təbrik edib. O, bildirib ki, tədbirin gündəliyində duran məsələlər təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi eləcə də, könüllülərin rolu və pandemiya ilə mübarizədir.
A. Əliyev qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan Beynəlxalq Mülki Müdafiə təşkilatının tərkibinə 1993-cü ildə daxil olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifədir.
Tədbirin sonunda “Ümumdünya Mülki müdafiə gününə” həsr olunmuş video-çarx nümayiş olunub.