НОВОСТИ
1143

2022.02.11

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının doktorantı Tamara Vaqif qızı Nuruyevanın “Azərbaycanın Qobustan ərazisinin hörümçəkləri (Arachnida: Araneae): fauna, bioekologiya” adlı fəlsəfə doktorluğu üzrə dissertasiya işi Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirə olunub. Dissertasiya işinin elmi rəhbərləri Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent N.Y. Sneqovaya və E.F Hüseynovdur.

 Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, b.e.d, professor İ.X. Ələkbərov çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., E.N.Tahirova elmi seminarın rəyini oxuyaraq seminar iştirakçılarının diqqətinə çatdırıb. Seminarın sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Tamara Vaqif qızı Nuruyevanın “Azərbaycanın Qobustan ərazisinin hörümçəkləri (Arachnida: Araneae): fauna, bioekologiya” mövzusu, 2401.01 - “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.