НОВОСТИ
1250

2022.02.03

AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər şurası Gənclər Gününə həsr olunan tədbir keçirib

Məlum olduğu kimi, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən günümüzə kimi Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Artıq 25 ildir ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, b.e.d. Elşad Əhmədov ilk öncə gənc alimləri bu gözəl gün münasibəti ilə təbrik edib, onlara işlərində müvəfəqiyyətlər arzulayıb. Gənc alimlərə diqqət və qayğının nümunəsi kimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması və bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, 2015-2025-ci illər üzrə gənclərin inkişaf strategiyasının təsdiq olunması kimi mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Leyla Nadirli də gəncləri təbrik edib, Gənclər gününün yaradılması barədə məlumat verib və vurğulayıb ki, ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti məhz elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə yönəlib. 
Gənc Alim və Mütəxəssislər şurasının sədr müavini Nigar Mehdiyeva və katibi Xatirə Qəhrəmanlı çıxış edərək gəncləri təbrik edib, onları elmi fəaliyətlərində daha aktiv olmağa çağırıb. Gəncl alimlər  göstərilən qayğını daim hiss etdiklərini, bəslənən etimadı hər zaman doğruldacaqlarını bildiriblər.