НОВОСТИ
611

2022.01.19

Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

18 yanvar 2022-ci il tarixində, Zoologiya İnstitutunun kitabxanasında, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı hibrid formada anım tədbiri keçirilib.
İlk öncə tədbir iştirakçıları qanlı yanvar faciəsi şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Zoologiya İnstitutunun İcraçı direktoru b.e.d., dosent Elşad Əhmədov qanlı yanvar faciəsini Azərbaycan tarixinin milli qürur və hüzn günü olduğunu qeyd edib. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından bəhs edən E. Əhmədov uzun illər keçməsinə baxmayaraq xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmadığını bildirib.
Daha sonra, YAP ərazi təşkilatın sədri b.ü.f.d. Hafiz Muxtarov, Parazitologiya laboratoriyasının müdiri b.e.d., dosent Qara Fətəliyev, Quru onurğalıları laboratoriyasının müdiri b.e.d., dosent Qiyas Quliyev, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dosent Şükür Quliyev, b.ü.f.d. Təvəkkül İsgəndərov və Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Səliqə Qazi 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək, acı xatirələrini paylaşıblar.

Tədbirin sonunda qanlı yanvar hadisələrini əks etdirən video çarx nümayiş olunub.