2022.01.07
Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib
AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının doktorantı İlahə Faiz qızı Mənsimovanın “Dəvəçi limanının plankton və bentosunun sərbəstyaşayan infuzorlarının növ müxtəlifliyi və onların trofik zəncirlərdə rolu” adlı fəlsəfə doktorluğu üzrə dissertasiya işi Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirə olunub. Dissertasiya işinin elmi rəhbəri Protozoologiya laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, b.e.d, professor İ.X.Ələkbərovdur. Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, b.e.d, dosent Quliyev Qiyas Nağı oğlu sözü, çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., E.N.Tahirova elmi seminarın rəyini oxuyaraq seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarın sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq İlahə Faiz qızı Mənsimovanın “Dəvəçi limanının plankton və bentosunun sərbəstyaşayan infuzorlarının növ müxtəlifliyi və onların trofik zəncirlərdə rolu” mövzusu, 2401.01 - “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.