НОВОСТИ
1366

2021.12.28

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib

2021-ci il dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Parazitologiya laboratoriyasının əməkdaşı Elnura Aslanovanın "Lənkəran regionunda siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Dissertasiya işinin elmi rəhbəri Parazitologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Qara Fətəliyevdir. Dissertasiya işi Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasında yerinə yetirilmişdir.

Dissertant ilk dəfə olaraq Lənkəran regionunda gəmiricilərin helmint faunasının, onların müxtəlif landşaft-ekoloji zonalar üzrə öyrənilməsi kimi mövzulara toxunaraq əsas nəticələri təqdim edib. Geniş müzakirələrdən sonra "Lənkəran regionunda siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onlarin yayılmasının landşaft-ekoloji xüsusiyyətləri" mövzusunda dissertasiya işinin 2429.01 – “Parazitologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.