2021.12.27
Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib
2021-ci il dekabrın 27-də AMEA Zoologiya İnstitutunda "Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri və onların entomofaqları " mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Müzakirə Tətbiqi Zoologiya Mərkəzi və Quru onurğasızları laboratoriyalarının iştirakı ilə baş tutub.
Dissertasiya işinin elmi rəhbəri Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ellada Hüseynovadır. Tədbiri giriş sözü ilə Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d. Barat Əhmədov çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra dissertasiya işinin elmi və praktik əhəmiyyəti nəzərə alınaraq Nəzakət Mirsahib qızı Abasovanın “Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri və onları entomofaqları” adlı dissertasiya mövzusunun 2413.01 - “Entomologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.