2021.12.17
Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib
AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səliqə Qazinin “Azərbaycanda şəkər çuğundurunun zərərvericiləri (böcəklər və kəpənəklər), təsərrüfat əhəmiyyətli növlərin bioekoloji xüsusiyyətləri və onların bioloji tənzimlənməsində entomofaqlarin rolu” adlı fəlsəfə doktorluğu üzrə dissertasiya işi, Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirə olunub. Dissertasiya işinin elmi rəhbəri Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d., dosent B.Ə.Əhmədovdur. Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, biologiya elmləri doktoru, dosent G.Ə. Mustafayeva sözü, çıxış üçün iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., dosent İ.A.Nuriyeva elmi seminarın rəyini oxuyaraq, seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarın sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Səliqə Qalib qızı Qazinin “Azərbaycanda şəkər çuğundurunun zərərvericiləri (böcəklər və kəpənəklər), təsərrüfat əhəmiyyətli növlərin bioekoloji xüsusiyyətləri və onların bioloji tənzimlənməsində entomofaqlarin rolu” mövzusu, 2413.01 - “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.