НОВОСТИ
1058

2021.11.30

Zoologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin seçki yığıncağı keçirilib

Noyabrın 30-da AMEA Zoologiya İnstitutunda AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun iştirakı ilə iclas keçirilib. Direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov əməkdaşları salamladıqdan sonra sözü Habil Qurbanova verib. Komitəyə yeni sədrin və üzvlərin təyin olunması üçün keçirilən səsvermənin nəticələri açıqlanıb. İnstitut əməkdaşlarının yekdil qərarı ilə Quru onurğasızları laboratoriyasının əməkdaşı Gülnarə Aslanova institutun Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib. Sonda Ələddin Eyvazov və Habil Qurbanov HİK-nin fəaliyyətindən məmnun qaldıqlarıını vurğulayaraq Komitənin gələcək işlərində uğurlar arzu ediblər.