НОВОСТИ
1121

2021.11.24

Zoologiya İnstitutunun əməkdaşı ekspedisiyada olub

Quru onurğalılar laboratoriyasının kiçik elmi işçisi, dissertant Aqil Haxıyev 11.10-15.10 2021-ci il tarixlərində Qobustan rayonunda ekspedisiyada olub. Bu müddət ərzində məməli heyvanların ümumi monitorinqi aparılmış, ərazidə olan mağaralar tədqiq edilmiş, heyvanları əldə etmək üçün tələlər və torlar qurulmuşdur. Gəmiricilər və yarasalardan müxtəlif növlər tutulmuş, fotoları çəkilmişdir. Bəzi növlər Allactaga elater Lichtenstein, 1825 - Kiçik ərəbdovşanı növünün 1 dişi ve 2 erkək fərdi, Pipistrellus pipistrellus Schreber, 1774 –Cırtdan şəbpərə növünün 2 erkək ,Cricetulus migratorius Pallas, 1773 – Boz siçancıq növünün 1 erkək, Meriones (Pallasiomys) libycus Lichtenstein, 1823 – Qırmızıquyruq qum siçanı növünün 2 erkək fərdi genetik material toplamaq və ölçmələr aparmaq üçün laboratoriyaya gətirilib. Laboratoriyada materiallar b.e.d Qiyas Quliyev ve k.e.i Aqil Haxıyev tərərfindən işlənilib.
Allactaga elater Lichtenstein, 1825 - Kiçik ərəbdovşanı növünün 1 dişi ve 2 erkək fərdi, Pipistrellus pipistrellus Schreber, 1774 –Cırtdan şəbpərə növünün 2 erkək fərdi işləndikdən sonra təbiətə buraxılıb. Digər materiallar isə kolleksiya fonduna saxlanc üçün qoyulub.