НОВОСТИ
1160
2021.10.12
Zoologiya İnstitutu əməkdaşları ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri, b.ü.f.d. Süleyman Süleymanov və Saleh Əliyev Azərbaycanda nadir və azsaylı hidrobiontların müasir vəziyyətinin öyrənilməsi məqsədilə 27.09-01.10.2021-ci il tarixlərində Lənkəran Təbii Vilayətinin su hövzələrində və Xəzərin Qızılağac akvatoriyasında ekspedisiyada olublar. Ekspedisiya zamanı alimlər Qızılağac akvatoriyasından və Lənkərançaydan elmi-tədqiqat planına uyğun olaraq zoobentosa aid kəmiyyət və keyfiyyət nümunələri, ixtiofaunaya aid materiallar toplayaraq, tədqiq etmək üçün laboratoriyaya gətiriblər.
© Все права защищены. При использовании информации гиперссылка на сайт www.zoologiya.az обязательна.