НОВОСТИ
1041

2021.09.22

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Sentyabrın 22-də AMEA-nın Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Onlayn formatda təşkil olunan iclasda institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov ilk öncə Tətbiqi Zoologiya Mərkəzinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Lyudmila Rubtsovanı 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona ürək sözlərini arzuladıqdan sonra uzun illər səmərəli elmi fəaliyyətinə görə institutun Fəxri Fərmanı ilə təltif edib. Sonra şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edən direktor, bir sıra mövzulara toxunduqdan sonra sözü elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova verib. Direktor müavini 2019/2020-ci tədris ilində qəbul olmuş doktorant və dissertantların Kordinasiya şurasında təsdiq olunmuş mövzuları, 2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul olmuş doktorant və dissertantların plan-proqramı və 2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul haqqında ətraflı məlumat verib.

İclasda həmçinin  müxtəlif məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.