2021.09.06
Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizinin Azərbaycan sektorunda ekspedisiyada olub
AMEA Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov 2021-ci il 16 -25 iyul və 07-10 avqust tarixlərində Xəzərin Azərbaycan sektorunda nərə cinsli və digər növdən olan balıqların növ tərkibi və ehtiyatlarının vəziyyətinin öyrənilməsi, eləcə də Xəzər dənizində mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə təşkil etdiyi Kompleks Ekoloji Monitorinq Ekspedisiyasında iştirak edib.
Ekspedisiya zamanı 11 kəsimdən ibarət olan 55 stansiyadan ixtioloji nümunələr toplanıb.
Qeyd etmək lazımdır ki, Cənubi Xəzərdə güclü eutrofikasiya hadisəsinə rast gəlinib. İlk dəfə olaraq monitorinq işi zamanı Qızılağac akvatoriyasında Beroe ovata daraqlısına rast gəlinib.