НОВОСТИ
1342

2021.07.13

Parazitologiya laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları  b.e.d. Əli Nəsirov, b.ü.f.d. Yaşar Seyidli və  b.ü.f.d. Fuad Rzayev 09-11 iyul tarixlərində Mingəçevir ərazisinə təşkil edilmiş ekspedisiyada iştirak ediblər.

Belə ki, ekspedisiya “Mingəçevir su anbarında və Qəbələ rayonunun xüsusi balıqçılıq təsərrüfatlarında balıqlara və onların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklərin öyrənilməsi” işinin yerinə yetirilməsi məqsədilə baş tutub.  

Su anbarından əldə olunan balıqlar Zoologiya İnstitutunun Mingəçevir Elmi-Tədqiqat Dayaq Məntəqəsinə diri halda gətirilərək tam parazitoloji yarma üsulu ilə tədqiq edilib.