НОВОСТИ
385

2021.06.29

Quru onurğasızları laboratoriyasının əməkdaşları Qazax və Ağstafa rayonlarında ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya, aparıcı elmi işçilər – biologiya elmləri üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə və İlhamə Kərimova 17-24 iyun tarixlərində Qazax və Ağstafa rayonlarında ekspedisiyada olublar.

Tədqiqatçılar tərəfindən Dəmirçilər, Yuxarı Salahlı, Aşağı Salahlı, Daş Salahlı, Alpout, Poylu, 1-ci Şıxlı kəndlərinin ətrafı, Ceyrançöl qəsəbəsi, Candar gölü ətrafı, Keşikçidağ Dövlət Mədəniyyət qoruğu ərazisi, həmçinin Kür çayı kənarındakı çəmənliklər, yol kənarları, meşə sahələri və dağlıq ərazilər də daxil olmaqla müayinə edilərək entomoloji materiallar toplanıb. Qaranlıqda işıq tələsi ilə əsasən bulaqçılar, gündəcələr dəstəsinin növləri, qarışqa aslanları, böcəklər və kəpənəklər  toplanıb. Gündüz materialı toplanışı zamanı isə arıkimilər, iynəcələr və böcəklərə aid müxtəlif növ nümunələri əldə olunub. Materiallar tədqiq edilmək üçün laboratoriyaya gətirilib.

Ərazidə, həmçinin Azərbaycan Respublikası "Qırmızı Kitab"ının III nəşrinə daxil ediləcək bəzi növlərin monitoringi də keçirilib.