НОВОСТИ
1310

2021.06.24

Zoologiya İnstitutunda növbəti onlayn elmi seminar keçirilib

24 iyun 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi seminarının növbəti onlayn iclası keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, b.e.d Elşad Əhmədov əməkdaşları salamladıqdan sonra sözü məruzə ilə çıxış edəcək tədqiqatçı, Təbiət tarixi muzeyinin direktoru, b.e.f.d Tariel Eybatova verib.
"Xəzər dənizinin endemik suitisinin (Pusa caspica Gmel.) mənşəyi, yaş morfologiyası və ekologiyası" mövzusunda çıxış edən məruzəçi T. Eybatov tədqiqat işinin Xəzər hövzəsinin yeganə endemik dəniz məməlisi olan xəzər suitisinin qidalanması, çoxalması, heyvanlar arasında qeydə alınan kütləvi ölüm hallarının araşdırılmasına həsr edildiyini diqqətə çatdıraraq tədqiqat nəticəsində əldə etdiyi nəticələr və eləcə də bu canlını tədqiq edəkən onları məhv etmədən kifayət qədər sümük materialı toplanma üsullarının imkanları haqqında ətraflı məlumat verib.
Mövzu və tədqiqat obyektinə görə dinləyicilər tərəfindən maraqla qarşılanan elmi seminar institut əməkdaşlarının mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.