НОВОСТИ
1272

2021.06.22

Quru onurğalıları laboratoriyasının əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, elmi işçisi doktorant Leyla Həsənova və qiyabi doktorantı İlahə Kərimova 8-17 iyun tarixlərində Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.
Ekspedisiya müddətində Şamaxı rayonunun ətrafında yerləşən taxıl əraziləri, həmçinin İsmayıllı rayonunun Qara-Qaya, Talıstan, Çəmənli kəndlərinin ərazilərindəki çəmənliklər, meşə ətrafı sahələr, talalar müəyyən edilərək terioloji materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq meşə siçanı və çöl siçanı növlərinə aid material toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.